"BTB Bank”ın idarə edə bilməyib satdığı investisiya şirkətinin birja dövriyyəsi artmaqda davam edir.
Valyuta.az-ın məlumatına görə, söhbət satıldıqdan sonra rebrendinq edilən "Assist Finance” investisiya şirkətindən gedir. İnvestisiya şirkətinin bu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında dövriyyəsi 2 milyard 995 milyon manata bərabər olub. 2023-cü ilin eyni dövründə "BTB Kapital” adı ilə fəaliyyət göstərən şirkətin dövriyyəsi isə 979,7 milyon manat təşkil edib. Başqa sözlə, "Assist Finance”ın dövriyyəsi "BTB Kapital” kimi fəaliyyət göstərdiyi dövrə nisbətən 3 dəfə ya və 2 milyard manat çox olub.
Qeyd edək ki, "BTB Bank"ın törəmə şirkəti olan "BTB Kapital” 2018-ci ildə 350 min manat nizamnamə kapitalı ilə yaradılıb. 2023-cü ildə 350 min manata investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satılıb.
Xatırladaq ki, "Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.
Şərhlər