Xəbər lenti

Braziliya prezidenti ABŞ-ın başında görmək istədiyi namizədin adını açıqladı
Dünya 10:55 02.11.2024

Braziliya prezidenti ABŞ-ın başında görmək istədiyi namizədin adını açıqladı

Braziliya Prezidenti Luis İnaçio Lula da Silva ABŞ prezidenti vəzifəsində Demokrat Partiyasından olan Kamala Harrisi görmək istədiyini bəyan edib. 

Qaynarinfo xəbər verir ki, nun sözlərini LCI yayımlayıb.

Braziliya liderinə görə, Harris Ağ Evdə olsa, ABŞ-da demokratiyanın möhkəmlənməsinə kömək edəcək. Bununla əlaqədar, da Silva 6 yanvar 2021-ci ildə Respublikaçı Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumunu xatırladıb. Trampın tərəfdarları həmin il keçirilən prezident seçkilərinin nəticələrindən narazı idi və bu seçkilərdə hazırkı dövlət başçısı Co Bayden qalib gəlmişdi.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun direktor müavini Vladimir Milovidov, Respublikaçılar və Demokratlar partiyalarının hər ikisinin bu gün Rusiyaya eyni dərəcədə düşmən mövqedə olduğunu və noyabr ayında keçiriləcək prezident seçkilərində kim qalib gəlsə də, Ağ Evin Rusiya ilə bağlı siyasətinin dəyişməyəcəyini bildirib.

ABŞ prezident seçkiləri 5 noyabrda keçiriləcək. Dövlət başçısı vəzifəsi uğrunda Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris mübarizə aparacaq. Tramp daha əvvəl 2017-2021-ci illərdə ABŞ prezidenti olub.

1 noyabrda isə artıq 69 milyon amerikalı ABŞ prezident seçkilərində erkən səs verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->