Xəbər lenti

Boksçularımız beynəlxalq turnirdə 17 medal qazandı
İdman 21:35 01.04.2023

Boksçularımız beynəlxalq turnirdə 17 medal qazandı

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 11 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.

Digər boksçularımızdan Ucal Musayev (Azərbaycan), Faiq Mollayev (Azərbaycan), Eldar Abdullazadə (Azərbaycan), Azad Cavadzadə (Azərbaycan), Vaqif Hacıyev (Azərbaycan), Mirhəsən İbrahimov (Azərbaycan), Abbasqulu Şadlinski (Azərbaycan), Rüstəm Neymətov (Azərbaycan), Rövşən Abbasov (Azərbaycan), Rza Rzayev (Azərbaycan), Mircəlal Mirağayev (Azərbaycan), Fuad Babayev (Azərbaycan) və Məhəmməd Cəfərov (Azərbaycan) isə bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.

Yarışda komanda hesabında Rusiya 34 xalla (4 qızıl, 3 gümüş, 3 bürünc) birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Qazaxıstan (33 xal, 3-3-5) yiyələndiyi halda, "üçlüy”ü Azərbaycan (32 xal, 3-1-13) qapayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->