Xəbər lenti

Bölgələrdə otellərin qiyməti niyə bahadır? (AÇIQLAMA)
Ekonomiks 16:06 06.08.2024

Bölgələrdə otellərin qiyməti niyə bahadır? (AÇIQLAMA)

"Azərbaycanda mövcud otel sayı turist qarşılamaq üçün tam yetərli deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. 

Ekspert bildirib ki, hazırda bölgələrdə otellərin qiymətinin həddindən artıq baha olması mövsümlə əlaqəlidir:

"Xüsusən rayonlarda otellərin sayı daha azdır. Yay aylarında da axın çox olur deyə  müraciətlərin sayı artır. Tələb artdığından sahibkarlar qiymət artımına gedirlər".
 


Ramil Osmanlı bu halın müvəqqəti xarakter daşıdığını vurğulayıb:
 
"Qısa müddətli dövrü əhatə edir. Təqribən sentyabr ayının ikinci ongünlüyündən sonra qiymətlər azalmağa doğru gedəcək".

Qeyd edək ki, avqust ayının ilk günlərində isti hava şəraiti ilə əlaqədar bölgələrdə yerləşən istirahət mərkəzlərində qiymətlər kəskin artıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, bəzi otellərdə qiymətlər 2 nəfər üçün 455 manatdan başlayır. Bütün şəraiti olan villalarda isə qiymətlər 2120 manata qədər qalxıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->