Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni NATO xarici işlər nazirlərinin Praqada keçirilən qeyri-rəsmi toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin müraciətində deyilir.
Dövlət Departamentinin bəyanatına görə, onlar Qəzzada HƏMAS terror qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsini təmin edəcək atəşkəsə nail olmaq səylərini, həmçinin Fələstin sektorunda humanitar yardımın artırılmasının və regional qeyri-sabitliyin qarşısının alınmasının vacibliyini müzakirə ediblər.
"Onlar həmçinin Qafqaz regionunda sülh və rifahı dəstəkləmək imkanlarını müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona səfərinin təxirə salınmasının səbəblərini şərh edərkən "hər ikisinin qrafiklərinin uyğunsuzluğu səbəbindən təxirə salınmalı olduğunu” bildirmişdi.
Daha əvvəl isə ABŞ və Türkiyə rəsmiləri Ankarada əlaqələri bərpa etmək səyləri çərçivəsində təhlükəsizlik və enerji əlaqələrinin yaxşılaşdırılmasını müzakirə ediblər.
KİV-in məlumatına görə, müttəfiqlər Ukraynaya son dərəcə ehtiyac duyulan döyüş sursatını çatdırmağa çalışarkən, Birləşmiş Ştatlar artilleriya sursatlarının istehsalını artırmaq üçün Türkiyədən partlayıcı alışını artırmaq üçün danışıqlar aparır.
Alpər
Şərhlər