Xəbər lenti

Blinken Əfqanıstandan təxliyə ilə bağlı ifadə vermək üçün Konqresə çağırıldı
Dünya 13:10 04.09.2024

Blinken Əfqanıstandan təxliyə ilə bağlı ifadə vermək üçün Konqresə çağırıldı

ABŞ dövlət katibi Entoni Blinkenə 2021-ci ilin avqustunda ABŞ vətəndaşlarının Əfqanıstandan təxliyəsi ilə bağlı ifadə vermək üçün Konqresə gəlməyi tələb edən çağırış vərəqəsi göndərilib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin məlumatına görə, çağırış vərəqəsi Blinkenin komitəyə gəlməkdən imtina etməsi səbəbindən verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Entoni Blinkenə çağırış vərəqəsi komitə sədri Mayk Makkolun adından göndərilib. 

Agentliyin verdiyi məlumata görə, çağırış vərəqəsində Makkol qeyd edib ki, bu məsələ ilə bağlı dinləmələr Konqresdə Dövlət Departamentinin qoşunların Əfqanıstandan çıxarılmasında mərkəzi rol oynaması və təxliyə əməliyyatı zamanı yüksək rütbəli rəhbərlik kimi çıxış etməsi səbəbindən keçirilir.

Makkol Dövlət katibinin ifadəsinin "fəlakətli təxliyyə səhvləri" risklərini daha da azaldacaq qanunvericiliyin hazırlanmasına kömək edəcəyini söyləyib.

Entoni Blinkenin Konqres qarşısında çıxışı sentyabrın 19-da planlaşdırılır. Dövlət katibi komitənin tələblərini yerinə yetirməsə, o, məhkəməyə hörmətsizlikdə ittiham olunacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->