Xəbər lenti

Ekonomiks 17:07 18.06.2024

"Bəzi sahibkarlar məsuliyyət hiss etmirlər" - Ekspert

"Çox təəssüflər olsun ki, bəzi sahibkarların vicdan anlayışı formalaşmayıb. Onlar fikirləşir ki, mən niyə məhsulumu insanlara pulsuz verməliyəm. Məhsulumu pulsuz verməkdənsə, qoy elə çürüsün".

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı eksperti Akif Nəsirli neçə gündür ki, tonlarla pomidorun çölə tökülməsi hallarına münasibət bildirərkən deyib. 

Ekspert hesab edir ki, bu hallar sahibkara reytinq qazandıra bilər: 

"Sahibkar özünü reklam edə bilər. Çox təəssüflər olsun ki, Azərbaycanda rəqabət mühiti olmadığından sahibkarların məsuliyyətsizliyi aşırı dərəcədədir. Onlar heç bir məsuliyyət hiss etmirlər, belə halları çox müşahidə edirik. Onlar məhsulu pulsuz verə bilərdilər. Onsuz da vaxtı keçirdi".

Akif Nəsirli əlavə edib ki, Avropa ölkələrində kənd təsərrüfatı məhsulları bazara daxil olması üçün xüsusi qayda var:

"Məhsulların bazara daxil olması üçün tələb olunan ölçülər var. Müəyyən ölçülərdən böyükləri, həmçinin müəyyən ölçülərdən kiçikləri də bazara buraxılmır. Bazara buraxılan tam standarlara uyğun olan məhsullardır. Standartlara uyğun olmayan məhsulları yeşiklərə yığb bazarın ətrafına düzürlər. Bazarda girişdə müəyyən yerlər var. Həmin yerlər xüsusi hazırlanıb. Kimə nə qədər məhsul lazımdırsa, oradan pulsuz götürür. Əvvəllər bir az aşağı qiymətə satırdılar. Amma son vaxtlar həmin məhsullar satışdan yığışdırılıb".

Akif Nəsirli Azərbaycanda sahibkarların biraz da qabağa getdiyini qeyd edib:

"Həmin məhsulları bazar gətirmirlər, sahələrində çölə atırlar. Pomidor istər şəhərdə, istərsə də kənddə hər bir evə lazım olur. Çünki pomidordan turşu, tomat pastası düzəldirlər. Şəhərdə ucuz qiymətə, ya da pulsuz paylaya bilərdilər. Sadəcə əlləri, ürəkləri buna yetmir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->