Xəbər lenti

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi
Ölkə 14:39 07.11.2023

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə əlavə ittiham verilib.

Bu barədə "Qafqazinfo”ya onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Daha əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->