Xəbər lenti

Bayramqabağı qiymətlər artacaq? (AÇIQLAMA)
Ekonomiks 19:15 15.03.2024

Bayramqabağı qiymətlər artacaq? (AÇIQLAMA)

"Bayram ərəfəsində hansı ərzaq məhsullarının bahalaşacağı və hansı məhsulların ucuzlaşacağı ilə bağlı proqnozlar vermək düzgün deyil. Ona görə ki, son vaxtlar bayram günlərində supermarketlərə bəzi məhsulların qiymətinin endirilməsi ilə bağlı tapşırıqlar verilib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib.

Ekspert hər ay dünyada ərzağın qiymətinin ucuzlaşdığını vurğulayıb:

"Statistikaya baxanda görürük ki, Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətində bahalaşma var. Hansı məhsulun neçə faiz bahalaşması da  statistikada əks olunub. Ötən il ət idxalı artmışdı. İndi heyvan idxalı da artıb. Bu o deməkdir ki, Azərbaycanda təklif daxili istehsalın artması hesabına artmır. 



Bəzi hallarda idxal olunan məhsulların hesabına artır. Nə qədər idxal edəcəklər və onun daxili bazara təsiri necə olacaq bunu kim proqnoz verə bilər? Ona görə ki, bütün bunların hamısı idarə olunur. Məhsullar ölkəyə məmurlar tərəfindən idxal olunur və daxili bazar da onların əlindədir. Buna görə proqnoz vermək düzün olmur". 

Vahid Məhərrəmli Azərbaycanda alıcılıq qabiliyyətinin aşağı olduğunu qeyd edib: 

"Azərbaycanda tərəvəz məhsullarını qiyməti Türkiyə ilə müqayisədə 3 dəfə yüksəkdir. Əslində bu məhsullar Türkiyədə baha, Azərbaycanda ucuz olmalıdır. Çünki Türkiyə neft-qazı Azərbaycandan idxal edir. İstixana şəraitində yetişən məhsullar neftin-qazın hesabına başa gəlir”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->