Xəbər lenti

Bayden prezidentliyinin son aylarında diqqətini Ukrayna və Yaxın Şərqə yönəldəcək -  FT
Dünya 16:00 23.07.2024

Bayden prezidentliyinin son aylarında diqqətini Ukrayna və Yaxın Şərqə yönəldəcək -  FT

Co Baydenin 2024-cü il prezidentlik yarışından çıxmaq qərarı onun administrasiyasının, xüsusən də Yaxın Şərq və Ukraynadakı xarici siyasət uğurlarını məhkəmləndirmək üçün altı aylıq yarışa start verir.

Bu barədə Qaynarinfo "Financail Times”a istinadən xəbər verir.

Baydenin ilk sınağı bu həftə Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zaman baş verəcək. Netanyahunun hakimiyyətə qayıtmasından bəri ilk görüş Baydenə əhəmiyyətli irsini - İsrail ilə HƏMAS arasında müharibənin sona çatması səylərini inkişaf etdirmək şansı verəcək.

Vitse-prezident Kamala Harris dünya səhnəsində nüfuzunu möhkəmləndirmək üçün İsrailin Baş naziri ilə görüşəcək. O, seçkiqabağı tədbirlərə görə Netanyahunun çıxışı zamanı Konqresə sədrlik etməyəcək, lakin bu həftənin sonunda onunla görüşəcək.

Harris Qəzza münaqişəsi ilə bağlı "intensiv əlaqəni" davam etdirəcək. Administrasiyanın xarici siyasətinin əsas hissəsi prezidentin köməkçiləri və Milli Təhlükəsizlik Şurası arasında cəmləşib. Baydenin vasitəçiliyi ilə əldə edilən atəşkəs Harrisə seçki kampaniyasında problemdən qaçmağa imkan verəcək.

Baydenin əsas prioritetlərindən biri Trampın noyabrda qalib gələcəyi təqdirdə Ukraynanın mümkün qədər çox dəstək almasını təmin etmək olacaq. Keçmiş prezident Ukrayna Rusiya ilə danışıqlara getməyəcəyi təqdirdə ona hərbi yardımı dayandıracağına söz verib.

Konqres 2025-ci ilin əvvəlinə qədər 61 milyard dollarlıq yardım paketini artıq təsdiqləsə də, Bayden cari sövdələşmələri yekunlaşdıra və səlahiyyət müddətinin sonuna qədər mövcud yardımı artıra bilər.

Seçki kampaniyası tədbirlərindən azad edilməsi Baydenə yaxın aylarda xarici siyasətə diqqət yetirmək üçün daha çox vaxt verəcək və bəzi analitiklərin fikrincə, bu, prezidentə dünya səhnəsində imicini gücləndirməyə imkan verəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->