Xəbər lenti

Bayden:
Dünya 11:50 03.09.2024

Bayden: "Netanyahu girovları azad etmək üçün kifayət qədər iş görmür"

ABŞ prezidenti Co Bayden bazar ertəsi bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün kifayət qədər səy göstərmir və ABŞ girovların azad edilməsi və atəşkəslə bağlı danışıqlar aparan tərəflərə yekun təklifi təqdim etməyə yaxındır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

İsrail qüvvələri həftə sonu Qəzza tunelindən 23 yaşlı yəhudi əsilli amerikalı Qerş Qoldberq-Paulinin də olduğu altı girovun cəsədini çıxardıqdan sonra Bayden Ağ Evdə jurnalistlərə açıqlama verib. İsrail hərbçiləri girovların HƏMAS silahlıları tərəfindən öldürüldüklərini bildiriblər.

Bu, Bayden administrasiyasının Qəzzada atəşkəs strategiyasının tənqidinə səbəb olub və qalan girovları evlərinə qaytarmaq üçün israillilərin Netanyahuya təzyiqini artırıb.

"Netanyahu girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün kifayət qədər hərəkət etdiyini düşünürmü” sualına Bayden "Xeyr” cavabını verib. O, açıqlamaları ilə bağlı ətraflı məlumat verməyib.

Netanyahu da öz növbəsində bildirib ki, xüsusilə girovların ölümündən sonra İsrailə deyil, HƏMAS-a təzyiq göstərilməlidir.

Netanyahu Baydenin və ya sülhə nail olmaq üçün ciddi olan hər kəsin İsraildən daha çox güzəştə getməsini xahiş edəcəyinə inanmadığını və bunun HƏMAS tərəfindən edilməli olduğunu söyləyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->