ABŞ prezidenti Co Bayden çərşənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə ölkənin İranın iri raket hücumuna mümkün cavabı barədə danışmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Axios portalına məlumat
verilib.
Nəşrdə qeyd edildiyi kimi, bu söhbət Bayden və Netanyahu arasında iki ay ərzində ilk söhbət olacaq və İsrailin İran hədəflərinə zərbə endirmək imkanını nəzərdən keçirdiyi bir vaxtda baş tutacaq.
İsrail mənbələri cavabın əhəmiyyətli olacağını və çox güman ki, İrandakı hərbi hədəflərə hava zərbələri və Tehranda HƏMAS lideri İsmayıl Haniyəni öldürüldüyü şəkildə gizli hücumları əhatə edəcəyini bildirir.
İsrail həmçinin İranın neft infrastrukturuna hücumları nəzərdən keçirir və Bayden buna qarşı çıxacağını bildirib.
Amerikalı bir rəsmi bildirib ki, Birləşmiş Ştatlar Bayden və Netanyahu arasındakı telefon danışığından "İsrailin cavabının sərhədlərini müəyyən etmək üçün” istifadə etmək istəyir.
Onun sözlərinə görə, ABŞ İsrailin İrandakı hədəflərə əhəmiyyətli, lakin həddini aşmayan hücumlar təşkil etməsinə əmin olmaq istəyir.
Bildiyiniz kimi, oktyabrın 1-də İran İsrailə 180 ballistik raket atıb və ABŞ prezidenti Co Bayden ABŞ hərbçilərinə İsrailə kömək etməyi əmr edib.
Bundan sonra Ağ Ev bildirib ki, Tehran İsrailə qarşı kütləvi raket hücumunun ciddi nəticələri ilə üzləşəcək.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu yaxınlarda deyib ki, İsrail hələ də İranın iri raket hücumuna necə cavab verəcəyini aradşrır.
Alpər
Şərhlər