Xəbər lenti

Baş redaktora qarşı hücumun arxasında FTX dayanır (FOTO)
Dünya 11:55 29.04.2022

Baş redaktora qarşı hücumun arxasında FTX dayanır (FOTO)

"Novaya qazeta” nəşrinin baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratova qarşı hücumu Rusiya xüsusi xidmət orqanları təşkil edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” qəzetinə ABŞ hökumətindəki mənbə bildirib.

"ABŞ aprelin 7-də "Novaya qəzeta”nın baş redaktoru Dmitri Muratova qarşı hücumun Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu təsdiqləyə bilər”, deyə adının çəkilməsini istəməyən məmur bildirib. O, ABŞ xüsusi xidmət orqanlarının bu nəticəyə necə gəlməsi barədə danışmayıb. 

Dmitri Muratovdan ABŞ xüsusi xidmət orqanlarının qiymətləndirməsinə dair şərh almaq mümkün olmayıb. "Novaya qazet”anın mətbuat xidməti bildirib ki, baş redaktor hazırda ezamiyyətdədir.

Rusiyanın ABŞ-dakı səfirliyi də deyilənlərə şərh verməyib. 

Xatırladaq ki, aprelin 7-də Moskva-Samara qatarında Dmitri Muratovun üzərinə aseton tərkibli qırmızı boya atıblar. Baş redaktora hücum edən şəxs aktı həyata keçirərərkən qışqırararaq "Muratov, al bu da sənə bizim uşaqlara görə!” deyib. 

Hadisədən sonra Dmitri Muratova "gözlərdə kimyəvi yanıq” diaqnozu qoyulub. 

"Novaya qazeta”nın yazdığına görə, hücumda iki nəfər iştirak edib: Nikolay Trifonov və İlya Markoveç. Trifonov aktı icra edib, Markoveç isə hadisəni videoya çəkib. Markoveç saxlanılsa da, Trifonov axtarışdadır. 

Seyid


İlya Markoveç


Nikolay Trifonov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->