Xəbər lenti

Bakıda dənizin içi hasarlandı (VİDEO)
Ölkə 16:52 28.04.2022

Bakıda dənizin içi hasarlandı (VİDEO)

Xəzər rayonu, Buzovna qəsəbə sakinləri sahil ərazilərin hasarlanması ilə bağlı bir sıra qurumlara müraciət edib.

Qaynarinfo xəbər verir ki, müraciətə səbəb qəsəbədə dənizin sahil hissəsində qanunsuz tikilən villalarla bağlı olub. Yay vaxtı yaxınlaşdıqca çəmərlik mövzusu da aktuallaşır. 

Qəsəbə sakinlərinin istirahətinə maneə olan səbəblərdən biri də dəniz kənarının hasarlanmasıdır. Bu hasarların hündürlüyü isə nə az, nə çox, düz 3 metrdir. 

Sakinlər dəniz kənarında tikilən villaların sökülməsi mümkün olmasa da, heç olmasa dənizin içinə kimi ən azı 20 metr olan hasarların sökülməsini istəyirlər.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->