Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Eldəniz Lahıcovla "Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında kredit qalmaqalı davam edir.
Qaynarinfo xəbər verir ki, tərəflər arasındakı məhkəmə çəkişməsi artıq Ali Məhkəmə mərhələsindədir.
Əldə etdiyimiz məlumata görə, kassasiya şikayətini icra başçısının müavini verib.
"Paşa Bank” ASC Eldəniz Lahıcovla yanaşı Ağakişiyev Elşən Allahverdi oğlu, Şərifov Sahib Əziz oğlu, Ömərov İlham Əzim oğlu, Lahıczadə Günel Elçin qızı və Cəlilov Ramin Nəsib oğlu barəsində də iddia qaldırıb. Bundan başqa, bank "Construction Technology” MMC, "Mətbəx aləmi” MMC, "Sfera-96” MMC, və "Vudtrade” MMC-ni də məhkəməyə verib.
"Construction Technology” MMC, "Mətbəx aləmi” MMC-nin direktoru Elşən Ağakişiyev, "Sfera-96” MMC-nin direktoru isə Sahib Şərifovdur.
Mediada gedən məlumatlara görə, bu şəxslərin Rusiyada Eldəniz Lahıcovla ortaq biznesi var.
Eldəniz Lahıcov 90-cı illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
Eldəniz Lahıcov
O, 2003-cü 11 il müddətinə azadlıqdan məhrum edilib. Eldəniz Lahıcov ABŞ səfirliyi üçün ayrılmış torpaq sahəsinin alqı-satqısı zamanı vətəndaşları aldadaraq onların pulunu mənimsəməkdə təqsirli bilinib.
2011-ci ildə əfv sərəncamı ilə azadlığa çıxan Eldəniz Lahıcov biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Onun biznesinin əsasən Rusiya və Türkiyədə olduğu bildirilir.
Seyid
Şərhlər