Xəbər lenti

Bağ evlərinin kirayə qiyməti bahalaşdı - Təlabat hansı ərazilərədir?
Ekonomiks 14:49 02.07.2024

Bağ evlərinin kirayə qiyməti bahalaşdı - Təlabat hansı ərazilərədir?

Bakı bağlarında kirayə evlərin qiyməti kəskin qalxıb.
 
Bu barədə Qaynarinfo-ya əmlak eksperti Elnur Əsədov deyib.

Ekspert hazırda bu evlərə təlabatın artığını qeyd edib:

"İyul ayında məzuniyyət dövrü başlayır. Dərslər başa çatdığı üçün bazara birdən-birə axın olduğundan kəskin qiymət artımı müşahidə edilir. Birdən-birə bazara gün ərzində 5-10 müştəri müraciət edir. Bu hal bütün bazara şamil olunmur. Təlabat əsasən dənizə yaxın ərazilərədir”. 

Elnur Əsədov dənizə yaxın olan bağ evlərinin qiymətinin daha yüksək olduğunu vurğulayıb:

"Kirayə qiyməti 1000 manatadək olan evlər var. Ən böyük təlabat onlaradı. Amma bundan yuxarı olan evlərə edilən müraciətlərin sayı azdır”. 
 


Ekspertin sözlərinə görə, daşınmaz əmlakın qiymətinin formalaşmasında ən başlıca səbəb çoğrafi yerləşmədir:

"Söhbət Abşeron və Bakıdan gedirsə burada təlabat daha çox dənizə yaxın olan evlərdir. Yəni bağ sahələri nə qədər dənizə yaxın olsa qiymət bir o qədər yüksək olur. İkinci yerdə bağın yerləşdiyi məkanda ticarət infrastrukturudur. Bunlar varsa qiymət yüksək olacaq. Minlərlə adam məzuniyyətə çıxıb və onlar bir başa bu ərazilərdə kirayə ev axtarışına çıxır. Təlabat artan kimi qiymətlər də qalxır”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->