Xəbər lenti

Ekonomiks 17:32 16.10.2024

"Azericard" prosessinq mərkəzində nə baş verib? - Ekspert

"Bütün prosessinq mərkəzlərində vaxtaşırı nəyisə dəyişirlər, proflaktik tədbirlər görürlər".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, mərkəzlərdə belə hallar olur:

"Ola bilər ki, bir neçə saatlıq problemlər olsun. Məsələn, mənim öz başıma gəlib, xarici ölkələrin birində idim. Banklardan birinin müştərisiyəm, kartım var. Bankla əlaqə saxladım. Dedilər bizlik deyil, prosessinq mərkəzlikdir". 

Vəkil bu hadisəni ciddi problem hesab etmədiyini diqqətə çatdırıb. 

Qeyd edək ki, ötən gecə 01:00-dan 07:00-a qədər "Azericard" prosessinq mərkəzində təkmilləşdirmə işlərinin aparılması və qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlərin yarana bilməsi ilə bağlı məlumat yayılmışdı. "Azericard” isə planlı yenilənmə işlərinin həyata keçirildiyini açıqlayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->