Xəbər lenti

Azərbaycanla Ermənistan bu il sülh müqaviləsi imzalayacaq? (ŞƏRH)
Siyasət 14:16 05.01.2024

Azərbaycanla Ermənistan bu il sülh müqaviləsi imzalayacaq? (ŞƏRH)

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bu il imzalanacağı ehtomalı az deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov "Azərbaycanla Ermənistan arasında sülh sazişi bu il imzalana bilərmi" sualına cavab verərkən deyib. 

Fərhad Məmmədov qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün daha məqbul vaxt bu günə qədər olmayıb:

"Prinsip etibarə ilə hər iki hökumət bunda maraqlı olduqlarını açıq-aşkar nümayiş etdirir. Üstəgəl, siyasi konyuktur buna şərait yaradır. Dünyanın bir neçə məkanında münaqişə, müharibə potensialı böyükdür. Cənubi Qafqaz da həmçinin. Ona görə də ilk növbədə ölkələr özləri çalışmalıdır ki, böyük güclər bölgəmizi münaqişə meydanına çevirməsinlər".
 


Fərhad Məmmədov vurğulayıb ki, Azərbaycan savaşa qarşıdır. "Ermənistanda da ən azı artıq özünü qoruma instinkti formalaşıb. Onun ilk çalarlarını keçən ilin 19-20 sentyabırında gördük. Həmin dövrdə Ermənistan hökuməti öz ərazisindən ordusunu Qarabağda qanunsuz olaraq qalmış silahlıların qalıqlarına kömək etməyə yollamadı. Bu, onların artıq reallıqla barışmaq məcburiyyətində qaldıqlarına bir işarə idi", deyə Fərhad Məmmədov bildirib.

Ekspert deyib ki, 2024-cü ildə sülh sazişinin imzalanacağı ehtimalı az deyil. 

Qeyd edək ki, son zamanlar əksər analitiklər 2024-cü ildə Bakı ilə İrəvan arasında nəhayət sülh müqaviləsinin imzalanması ehtimalının böyük olduğunu bəyan edirlər. 2023-cü ilin son dövrlərini nəzərə alsaq, prosesin məhz bu istiqamətdə getdiyi əvvəlki dövrlərlə müqayisədə indi daha açıq şəkildə sezilir. Belə ki, keçən ilin sonlarına doğru tərəflər arasında müəyyən razılıqlar oldu, görüşlər keçirildi, əsirlər dəyişdirildi. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->