Xəbər lenti

Azərbaycanda iki rayon məhkəməsi ləğv edildi (SƏRƏNCAM)
Siyasət 17:32 25.04.2022

Azərbaycanda iki rayon məhkəməsi ləğv edildi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, sərəncamla Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilir.

Eyni zamanda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilir.

3. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:

3.1. Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin;

3.2. Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin;

3.3. Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Gəncə Şəhər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

4.2. Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin 2022-ci ilin dövlət büdcəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi və növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görsün;

4.3. Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilənədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;

4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncamın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->