Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 272,8 milyon manat vergi daxil olub.
Qaynarinfo bu barədə quruma istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.
7 aylıq vergi daxilolmalarının 6 milyard 944,1 milyon manatı və yaxud 67,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 % çoxdur.
Şərhlər