Xəbər lenti

Azərbaycan - Lüksemburq görüşünü qadın hakim idarə edəcək
İdman 10:13 04.09.2024

Azərbaycan - Lüksemburq görüşünü qadın hakim idarə edəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Eş-syur Alzett şəhərindəki "Emil Mayriş" stadionunda oynanılacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dezire Qrundbakerdir. Qadın referiyə Mattias Sbrissa və Giyom Mer kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anozhen Kanaqasinqam yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->