Xəbər lenti

“Azər Türk Bank”ın qeyri-faiz gəlirləri 4 milyon manata yaxın azalıb
Ekonomiks 17:04 12.01.2024

“Azər Türk Bank”ın qeyri-faiz gəlirləri 4 milyon manata yaxın azalıb

"Azər Türk Bank”ın qeyri-faiz gəlirləri 4 milyon manata yaxın azalıb.

Valyuta.az banka istinadən xəbər verir ki, ötən il "Azər Türk Bank”ın xalis mənfəəti illik müqayisədə 27,3% artaraq 14,04 milyon manat təşkil edib. 2022-ci ildə bu rəqəm 11,02 milyon manat olub. 

Hesabat dövründə bankın faiz gəlirləri 77,5% artaraq 62,5 milyon manat, faiz xərcləri isə 81% artaraq 19,7 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 30,05 milyon manata ( illik müqayisədə 11,5% az və ya 3,9 mln. manat), qeyri-faiz xərcləri isə 49,3 milyon manata (illik müqayisədə 25% çox) bərabər olub. Beləliklə, bank 23,3 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 25,3 çoxdur. 

"Azər Türk Bank"ın 01 yanvar 2024-cü il tarixinə aktivləri 995.5 milyon manat, öhdəlikləri 911 milyon manat təşkil edib. Bankın məcmu kapitalının həcmi isə 25% artaraq 78,5 milyon manat təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->