Xəbər lenti

Avropalılar Ukraynaya ordularının göndərilməsinin əleyhinədir (SORĞU))
Dünya 21:58 03.07.2024

Avropalılar Ukraynaya ordularının göndərilməsinin əleyhinədir (SORĞU))

Avropalıların əksəriyyəti müharibədə iştirak etmək üçün Ukraynaya ordularının göndərilməsinin əleyhinədir.

Qaynarinfo xəbər verir ki, bu, Avropa xarici əlaqələr şurasının (ECFR) çərşənbə günü, iyulun 3-də dərc etdiyi sorğunun nəticələrindən görünür.

Sorğuda iştirak edən müxtəlif Aİ ölkələrinin vətəndaşlarının 54%-dən (İsveç) 90%-ə qədəri (Bolqarıstan) bunun əleyhinədir.

Milli orduların Ukraynaya göndərilməsinin ən çox tərəfdarları İsveç vətəndaşları arasındadır - 26%, sorğuda iştirak edənlərin arasında ən az Yunanıstan vətəndaşlarıdır - 4%.

Sorğuda iştirak edən müxtəlif Aİ ölkələrinin vətəndaşlarının 74%-dən (Estoniya) 24%-ə (Bolqarıstan) qədəri müttəfiqlərin Ukraynaya hərbi dəstəyi artırılmasını dəstəkləyirlər. 63% (Bolqarıstan) və 16% (Estoniya və İsveç) bunun pis fikir olduğunu düşünür.

ECFR sorğusunda iştirak edən 14 ölkədən altısında respondentlərin 50%-dən çoxu hərbi yardımın artırılmasını dəstəkləyir:

Estoniya - 74%;
İsveç - 66%;
Polşa - 66%;
Böyük Britaniya - 59%;
Niderland - 58%;
Portuqaliya - 57%.
Sorğuda iştirak edən üç Avropa ölkəsinin vətəndaşlarının 50%-dən çoxu Ukraynaya hərbi yardımın artırılmasının əleyhinədir:

İtaliya (53%);
Yunanıstan (54%);
Bolqarıstan (63%).

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->