Xəbər lenti

Avropa Parlamenti: Vizasız rejim ləğv, Saakaşvili azad edilsin, İvanişviliyyə sanksiyalar...
Dünya 18:43 25.04.2024

Avropa Parlamenti: Vizasız rejim ləğv, Saakaşvili azad edilsin, İvanişviliyyə sanksiyalar...

Avropa Parlamenti səs çoxluğu ilə Avropa Komissiyasına Gürcüstan parlamentinin aprelin 17-də birinci oxunuşda qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında” qanunun "Gürcüstanla vizasız rejim sazişinin meyarlarına uyğunluğunu öyrənməyi” tövsiyə edən qətnamə qəbul edib. Aprelin 25-də Avropa Parlamentinin qətnaməsinə 425 deputat lehinə, 25 avropalı qanunverici isə əlayhinə səs verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə İnterpressnews məlumat yayıb.

Avropa Komissiyasına vizasız rejimin mümkün ləğvini nəzərdən keçirmək tövsiyəsinə əlavə olaraq, sənəddə Aİ icra hakimiyyəti orqanına digər tövsiyələri də var. Söhbət hakim "Gürcü arzusu” partiyasının təsisçisi, sənəddə "yeganə gürcü oliqarxı” adlandırılan milyarder Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqindən gedir. Həmçinin, "Xarici təsirin şəffaflığı haqqında” qanun ləğv edilənə qədər ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü ilə bağlı Tbilisi ilə danışıqların başlanmasına hazırlığın dayandırılması tövsiyə olunur. Qətnamədə 2021-ci ilin oktyabrından həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələb olunur.

Qeyd edək ki, Şengen ölkələri ilə Gürcüstan arasında vizasız rejim haqqında saziş 2017-ci ilin yazında qüvvəyə minib. O vaxtdan bəri müxtəlif mənbələrə görə, 200 mindən 300 minədək Gürcüstan vətəndaşı iş axtarmaq məqsədilə daimi yaşamaq üçün Aİ-yə köçüb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->