Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Julian Nagelsmann komanda Avropa çempionatının yarımfinalına yüksələrsə, futbolçulara turnirin sonuna qədər həyat yoldaşları və rəfiqələri ilə görüşməyi qadağan edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazıb.
Çempionatın 1/4 final matçında Almaniya millisi iyulun 5-də Ştutqartda İspaniya millisi ilə qarşılaşacaq. Nəticə almanlar üçün uğurlu olarsa, iyulun 9-da Münhendə keçiriləcək yarımfinalda onlar Fransa - Portuqaliya qarşıdurmanın qalibi ilə oynayacaqlar.
Nəşr yazır ki, ispanlar üzərində qələbə qazanacağı təqdirdə Almaniya komandasının otelinə heç bir qadın girə bilməyəcək. Əks halda, 36 yaşlı çalışdırıcının sözlərinə görə, futbolçuların məşq etmək üçün kifayət qədər vaxtı olmayacaq.
Əvvəllər futbolçuların həyat yoldaşları müntəzəm olaraq komandanın otelində sevdiklərinə baş çəkə, onlarla vaxt keçirə bilirdilər.
Aydın
Şərhlər