Xəbər lenti

Foto 12:45 04.06.2024

"Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masa keçirildi

Audiovizual Şura onlayn media subyektləri üçün "Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masa keçirib.

Qaynarinfo xəbər verir ki, tədbirdə 22 onlayn media subyekti iştirak edib.

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Şura ilə onlayn media subyektləri ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Aparat rəhbəri həmçinin telekanallarda aparılan monitorinqlərin aparılması ilə bağlı məlumat verib.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Şuranın fəaliyyəti barədə, həmçinin "Media haqqında" qanunla nəzərdə tutulan sanksiyaların hansı hallarda nəzərdə tutulması hallarından danışıb.

Tədbirdə eyni zamanda "Audiovizual mediada uşaq hüquqlarının qorunması" kitabı haqqında məlumat verilib.

Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı jurnalistlərin etik davranış qaydaları barədə məlumat verilib.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->