Xəbər lenti

Aşıq Zülfiyyənin səhhətində problem yaranıb – Özü açıqladı
Maqazin 10:47 16.01.2024

Aşıq Zülfiyyənin səhhətində problem yaranıb – Özü açıqladı

Aşıq Zülfiyyə səhhətində yaranmış problemlə bağlı yayılan məlumata aydınlıq gətirib.
 
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, vəziyyəti yaxşıdır:

"Yaxşıyam, efirə dəvət etmişdilər, gecikirdim deyə pilləkəni qaça-qaça çıxdım. Sual verdilər, dedim yəqin səhhətimdə problem var. Sağ olsunlar, bunu da problemə çeviriblər. Soyuqlamışam, hamı kimi mən də sistem qoşdururam, qarlı havadır. Allah heç kimə ağrı-acı verməsin". 

Aşıq Zülfiyyə onun səhhəti ilə bağlı narahat olanlara təşəkkür edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->