Xəbər lenti

Argentinalı futbolçu Paris-2024-də qarət edildi
İdman 13:29 25.07.2024

Argentinalı futbolçu Paris-2024-də qarət edildi

Argentinanın Olimpiya komandasının yarımmüdafiəçisi Tiaqo Almada Parisdə quldurların qurbanı olub. 

Qaynarinfo xəbər verir ki, Cənubi amerikalıların baş məşqçisi Xavyer Maskerano olimpiya turnirinin qrup mərhələsinin ilk turunun Mərakeş millisi ilə oyunundan sonra TyC Sports-a müsahibəsində bunu açıqlayıb.

Onun sözlərinə görə, Paris--2024 təşkilat komitəsi təhlükəsizliyi təmin edə bilmir.

"Dünən bizi qarət etdilər - Tiaqo Almadadan əşyalar oğurlandı. Bizdən hər yerdə şəxsiyyət vəsiqəsi tələb olunur, sonra belə bir şey olur. Bu gün azarkeşlər meydançaya 7 dəfə soxulub, onlar da bizə fişənglər atıblar", deyə Maskerano bildirib.

Qeyd edək ki, Parisdə təşkil edilən Yay Olimpiya Oyunlarının futbol turniri çərçivəsində qrup mərhələsinin 1-ci turunun Argentina - Mərakeş oyunu tarixə düşüb. Bu, dünya futbol tarixinin ən uzun görüşü olub. Bakı vaxtı ilə saat 17:00-da qarşılaşmanın start fiti səslənib. Dayandırılıb, ardından davam etdirilən oyun saat 21:07-də başa çatıb. Beləliklə, yaranmış fasiləni nəzərə almasaq, görüş 4 saat 7 dəqiqə çəkib.

Argentina millisinin 90+16-cı dəqiqədə vurduğu qol sayəsində hesab bərabərləşib. Qolu qeyd edərkən Cənubi Amerika yığmasının futbolçularının üzərinə fişənglər atılıb. Bundan əlavə, Mərakeş millisinin azarkeşləri meydana qaçıblar. İğtişaşlar səbəbindən oyun dayandırılıb və iki saat sonra yenidən bərpa olunub. Görüş bərpa olunduqdan sonra qol VAR-a baxılaraq ləğv edilib və Mərakeş yığması 2:1 hesablı qələbə qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->