İyunun sonunda Argentinada illik inflyasiya 4,6% sürətlənərək 79,8%-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Argentina Statistika və Siyahıyaalma İnstitutunun məlumatlarında deyilir.
Ay ərzində ən çox kommunal xidmətlərin qiymətləri artıb - 14,3%. Bundan əlavə, mehmanxana və restoranlar (+6,3%), eləcə də təhsil (+5,7%) qiymətləri əhəmiyyətli dərəcədə artıb. Ərzaq məhsulları 3% bahalaşıb.
Argentinada inflyasiya templəri son aylarda tədricən aşağı düşməyə başlayıb. İstehlak qiymətlərində artımın pik nöqtəsi 2023-cü ilin dekabrında baş verib. Sonra ay ərzində inflyasiya 25,5% sürətlənib. Yanvarda qiymətlər 20,6%, fevralda 13,2%, martda 11%, apreldə 8,8%, mayda 4,2% artıb.
Cənubi Amerika ölkəsi bir neçə ildir ki, inflyasiyanın ən yüksək olduğu ölkələr sırasındadır. 2023-cü ilin yekunlarına əsasən, respublikada istehlak qiymətlərinin artımı 211,4 faizə çatıb. Bir il əvvəl inflyasiya 94,8% idi.
Aydın
Şərhlər