Xəbər lenti

Almaniya “Volkswagen”in turbin biznesinin Çinə satışını əngəllədi
Dünya 13:20 05.07.2024

Almaniya “Volkswagen”in turbin biznesinin Çinə satışını əngəllədi

Almaniya milli təhlükəsizlik səbəbi ilə "Volkswagen Group”un törəmə şirkəti "MAN Energy Solutions”un turbin biznesinin Çinə satışını əngəlləyib.

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir.

Potensial razılaşmanı nəzərdən keçirdikdən sonra Almaniya hökuməti Çinin hərbi gəmilər üçün qaz turbinlərindən istifadə edə biləcəyi qənaətinə gəlib. 

Materiala görə, Almaniyanın İqtisadiyyat naziri Robert Habek Berlinin xarici şirkətlərin sərmayəsini alqışladığını, lakin "ictimai təhlükəsizlik”lə bağlı texnologiyaların "bizimlə həmişə dostluq münasibətləri saxlaya bilməyən” ölkələrdən qorunmalı olduğunu deyib.

"MAN Energy Solutions” hökumətin qərarına etiraz etməyib. "Biz indi yaxın aylarda baş verəcək qaz turbin bölməsini bağlamaq üçün strukturlaşdırılmış prosesə başlayırıq" deyə şirkətdən bildirilib.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayında Almaniya təhlükəsizlik məsələlərini əsas gətirərək yarımkeçirici zavodun da Çin texnologiya şirkətinə satışını dayandırıb.
"MAN Energy Solutions” 2023-cü ilin iyun ayında qaz turbin biznesini Çin dövlət şirkəti "CSIC Longjiang GH Gas Turbine”ə satmağı planlaşdırdığını açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->