Böyük Britaniya və Kolumbiyadan olan beynəlxalq arxeoloqlar qrupu Kolumbiya Amazon zonasındakı Serrania de la Lindosa bölgəsindəki Serro Azul qayalıqlarında tapılan minlərlə qayaüstü təsviri araşdırıb. Bu əsərlərin yaşı təqribən 12,5 min ildir.
Qaynarinfo xəbər verir ki, araşdırma "Journal of Anthropological Archeology" (JAA) elmi nəşrində dərc olunub.
Serro Azul insan və müxtəlif heyvanların 3223 təsvirindən ibarət bütöv bir qalereyadır. Komanda marallar, quşlar, pekkarlar, kərtənkələlər, tısbağalar və tapirlər də daxil olmaqla ən azı 22 növ heyvan aşkar edib.
Tədqiqatçılar sənət əsərlərini kataloqlaşdırdıqdan sonra belə nəticəyə gəliblər ki, təsvirlərin 58%-i obrazlı, onun yarısı heyvan təsvirləridir. Onlar insanların balıq tutmasını əks etdirən səhnələrə də diqqət yetiriblər.
Arxeoloqlar heyvanların rəsmlərini yaxınlıqdakı qazıntılarda tapılan qədim nəsli kəsilmiş heyvan sümükləri ilə müqayisə edərək, təsvirlərin növlər üzrə mütənasib şəkildə təqdim edilməsinin heyvan sümüklərinin nisbətinə uyğun gəlmədiyini müəyyən ediblər.
Bu onu deməyə əsas verir ki, Cənubi Amerikanın yerli xalqları yediklərini sadəcə rəngləməyiblər. Sümüklər balıqlar, məməlilər, ilanlar və timsahlar kimi sürünənlər daxil olmaqla müxtəlif qidaları göstərir.
Ekseter Universitetinin britaniyalı tədqiqatçılarının fikrincə, Serro Azul qayalarında olan bəzi təsvirlər insanların heyvana və əksinə çevrilməsini nümayiş etdirən mifoloji motivlərə malikdir. Bu, qədim amerikalıların folkloruna və bu insanların ətrafdakı təbiət dünyası ilə əlaqəsinə işarə edir.
Aydın
Şərhlər