Avropa İnsan Haqları Məhkəməsi Malayziyaya məxsus Boeing 777 (MH17 reysi) təyyarəsinin qəzaya uğraması ilə bağlı şikayətlərin Rusiyanın məkan yurisdiksiyasına aid olması barədə qərar qəbul edib.
Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər
verir.
AİHM bu qərarı Rusiyanın qondarma LXR və DXR-də təsirinin "həlledici səviyyəsi” və Rusiya hərbçilərinin "Donbasda fəal iştirakı” ilə əsaslandırıb (Moskva bu əraziyə hərbi qulluqçuların göndərilməsi ilə bağlı ittihamları dəfələrlə rədd edib). AİHM-in bəyanatında deyilir ki, Moskva "DXR və LXR-i silah və digər hərbi texnika ilə təmin edib və onların hərbi strategiyasına əhəmiyyətli təsir göstərib”.
"DXR və LXR-ə siyasi dəstəyin və onların maliyyələşdirilməsində Rusiya Federasiyasının fəal rolunun sübutu da təqdim edildi. 2014-cü il mayın 11-dən bütünlüklə separatçıların nəzarətində olan ərazidə baş vermiş hadisələrlə bağlı Ukrayna hökumətinin şikayətləri Rusiya Federasiyasının yurisdiksiyasına aiddir”, - AİHM-in qərarında deyilir.
Xatırladaq ki, 2022-ci ilin martında Rusiya Avropa Şurasından çıxdığını elan edib. Sentyabrda ölkə nəhayət AİHM-in yurisdiksiyasından çıxıb. Yayda Rusiya prezidenti Vladimir Putin AİHM-in martın 15-dən sonra qəbul etdiyi qərarların icra edilməməsinə icazə verən qanunu imzalayıb.
Alpər
Şərhlər