Xəbər lenti

Aİ azərbaycanlı milyarderə qarşı sanksiyaları ləğv edir
Dünya 14:06 13.09.2023

Aİ azərbaycanlı milyarderə qarşı sanksiyaları ləğv edir

Avropa İttifaqı üç Rusiya vətəndaşına - azərbaycanlı Fərhad Əhmədova, Qriqori Berezkinə və Aleksandr Şulqinə qarşı sanksiyaları uzatmamaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" avropalı diplomatlar arasından iki mənbəyə istinadən yazır.

"Reuters" qeyd edir ki, bu iş adamlarına qarşı sanksiyaların müddəti sentyabrın 15-i cümə günü başa çatır. Məhdudiyyətlər Ukraynadakı müharibə ilə əlaqədar tətbiq edilib.

"Forbes"in rusiyalı milyarderlər siyahısında 99-cu yeri tutan Fərhad Əhmədov 2023-cü ildə qalmaqalla üzləşib: Onun musiqi prodüseri İosif Priqojinlə mart ayında söhbətinin səsyazısı internetdə yayılıb. Yazıda həmsöhbətlər Rusiya hakimiyyətini və şəxsən Vladimir Putini pisləyirlər.

Əhmədov həmçinin Kanada və İsveçrənin sanksiyaları altındadır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->