Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sonuncu iclasında cari məsələlər müzakirə olunub.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, komissiyanın Ermənistan tərəfindən nümayəndəsi Mher Qriqoryan yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, növbəti görüşlə bağlı hələlik razılaşma hələlik yoxdur. Qriqoryan görüşün tezliklə baş tutacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, sonuncu görüş yanvarın 31-də Qazax-İcevan sərhədində baş tutub. Görüşdə Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan iştirak edib. Görüş üçüncü tərəfin iştirakı olmadan baş tutub.
Xatırladaq ki, sonuncu görüş sayca altıncı olub. Görüşlərin 4-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə keçrilib.
Şərhlər