Xəbər lenti

Abxaziya Medvedevin Rusiyaya birləşmək ideyasını rədd etdi
Dünya 15:13 24.08.2023

Abxaziya Medvedevin Rusiyaya birləşmək ideyasını rədd etdi

"Respublikanın” Təhlükəsizlik Şurasının katibi Sergey Şamba cümə axşamı bildirib ki, qondarma Abxaziya Rusiya Federasiyasına qoşulmaq barədə düşünmür.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.

"Bizdə Rusiyaya daxil olmağı təklif edən elə bir siyasi qüvvə yoxdur", - Şamba bildirib. Onun fikrincə, respublikanın siyasi qüvvələri "Rusiya ilə sıx və müttəfiq münasibətlərin tərəfdarıdır”, lakin onun subyektlərindən birinə çevrilməsinin tərəfdarı deyil.

Şamba qeyd edib ki, 2008-ci ildən indiyədək 200-ə yaxın saziş imzalanıb, iki ölkənin qanunvericiliyinin uyğunlaşdırılması prosesi gedir və bu, Rusiya ilə Abxaziya arasında daha da yaxınlaşmağa kömək edir.

O, həmçinin bildirib ki, Abxaziya "prezidenti” Aslan Bjaniya yaxın vaxtlarda Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevlə görüşəcək. 

Qeyd edə ki, avqustun 22-də məhz Medvedev Gürcüstanın Qərb və NATO ilə yaxınlaşmağa doğru getdiyi təqdirdə Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilə biləcəyini deyib.

"Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Bunun üçün əsaslı səbəblər olarsa, o, həyata keçirilə bilər”, - Medvedev AiF-ə yazdığı məqalədə yazıb. Onun fikrincə, Qərb üçün hadisələrin bu cür dönüşü "daha bir biabırçı fiasko və təsir gücünün fəlakətli şəkildə itirilməsinin növbəti simvolu” olardı.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->