Xəbər lenti

Abşeron yarımadasında temperatur normadan 10 dərəcə yüksəkdir
Ölkə 11:49 13.02.2024

Abşeron yarımadasında temperatur normadan 10 dərəcə yüksəkdir

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub. Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->