Xəbər lenti

ABŞ Senatı NATO-nun Asiyaya genişlənməsini qaçılmaz hesab edir
Dünya 19:08 17.07.2023

ABŞ Senatı NATO-nun Asiyaya genişlənməsini qaçılmaz hesab edir

ABŞ senatorları Den Sallivan və Tammi Dakvortun fikrincə, ABŞ-ın Asiya müttəfiqləri NATO üzv ölkələri ilə qarşılıqlı əlaqəyə böyük ehtiyacları olduğunu başa düşürlər.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə senatorlar NBC telekanalına müsahibəsində bildiriblər.
 
"Şimali Atlantika alyansının genişlənməsini qaçılmaz hesab edirsinizmi” sualına Sallivan "bu belədir” və NATO-nun Vilnüsdə Senat nümayəndə heyətinin bir hissəsinin iştirak etdiyi sammitin "pozitiv keçdiyi” qənaətində olduğunu bildirib.

"Düşünürəm ki, böyük irəliləyiş var. Bu, sadəcə Çinin bir neçə dəfə - mənim hesablamama görə, təxminən 20 dəfə xatırlanması deyildi... Yaponiyanın baş naziri, Avstraliyanın baş naziri, Cənubi Koreyanın prezidenti orada idilər”, - Alyaskadan olan respublikaçı senator əlavə edib.

"Bizim Senat nümayəndə heyətimiz bu liderlərlə görüşmək imkanı əldə etdi və məncə, bu, NATO üçün həqiqətən güclü siqnal idi", - Sallivan deyib.

Senatın Xarici əlaqələr və silahlı qüvvələr Komitəsinin demokrat üzvü Dakvort da Rusiyanın Ukraynaya qarşı müharibəsinin bölgədəki fikirlərə təsirini xatırladaraq onunla razılaşıb.

"Mən belə düşünürəm. Dostumla razıyam və düzünü desəm, bu, Böyük Britaniya, Avstraliya və Birləşmiş Ştatlar arasında uğurlu AUKUS (üçtərəfli müdafiə paktı – red.) razılaşmamız sayəsində artıq başlayıb", - senator deyib. 

"Mən Hind-Sakit okeanı regionunda çox səyahət edirəm və sizə deyim ki, Asiyadakı müttəfiqlərimiz Ukrayna ilə baş verənlərə çox diqqətlə baxır və NATO-da iştiraka böyük ehtiyac olduğunu başa düşürlər", -  Dakvord bilcirib. 

Onun fikrincə, Vladimir Putin "nəinki NATO-nu genişləndirdi, həm də Yaponiya, Koreya, Tayvan və digər ölkələrin qətiyyətini gücləndirdi".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->