ABŞ Rumıniya və Norveçə AIM-120 "hava-hava” raketlərinin satışını təsdiqləyib. Müqavilənin dəyəri yüz milyonlarla dollardır.
Bu barədə Qaynarinfo Pentaqonun Müdafiə təhlükəsizliyi üzrə əməkdaşlıq agentliyinin bəyanatına istinadən xəbər
verir.
Dövlət Departamenti Rumıniya hökumətinə "Advanced AIM-120” ortamənzilli "hava-hava” raketinin (AMRAAM) və müvafiq avadanlığın potensial satışını təsdiqləmək qərarına gəlib. Müdafiə təhlükəsizliyi üzrə əməkdaşlıq agentliyi lazımi sertifikatı verib.
Qeyd edildiyi kimi, Rumıniya hökuməti ABŞ-dan 186 ədəd orta mənzilli AIM-120C-8 raketi və dörd istiqamətləndirici bölmə satmağı xahiş edib. Müqaviləyə köməkçi avadanlıqlar da daxildir.
Sazişin təxmini ümumi dəyəri 592 milyon dollardır.
ABŞ Dövlət Departamenti həmçinin AIM-120 orta mənzilli "hava-hava” raketlərinin Norveçə satışına da icazə verib. Pentaqonun Müdafiə təhlükəsizliyi əməkdaşlıq agentliyi lazımi sertifikatları təqdim edib.
Norveç 100 qabaqcıl AMRAAM-ER raketinin, həmçinin dörd AMRAAM AIM-120C-8 istiqamətləndirici bölmənin və əlaqəli avadanlıqların satılmasını xahiş edib. Müqavilənin məbləği 405 milyon dollardır.
Nizami Bağırov
Şərhlər