Amerika kəşfiyyat birliyinin "ABŞ üçün qlobal təhdidlər haqqında” illik hesabatının müəlliflərinin fikrincə, yaxın gələcəkdə Rusiya ABŞ-ın kibertəhlükəsizliyi üçün ən ciddi təhlükə yaradacaq.
Qaynarinfo RBC-ya istinadla yazır ki, hesabatın məxfi olmayan versiyası ABŞ Milli Kəşfiyyatının saytında dərc
olunub.
Sənədə əsasən, ABŞ Ukraynadakı münaqişənin təsiri ilə Rusiyanın kiber əməliyyatlardakı prioritetlərinin dəyişəcəyini gözləsə də, bu baş verməyib. Bu səbəbdən, "Rusiya casusluq, təsir və hücum imkanlarını təkmilləşdirdikcə və istifadə etdikcə əsas kibertəhlükə olaraq qalacaq”,- sənədin mətnində deyilir.
Hesabat müəllifləri həmçinin iddia edirlər ki, Moskva ABŞ və onun müttəfiqlərinin "kritik infrastruktura - sualtı kabellərə və sənaye idarəetmə sistemlərinə hücum imkanlarının təkmilləşdirilməsinə diqqəti artırıb". Hesabatda kibermüdaxilələrə "xarici ölkələrdə qərarların qəbuluna təsir göstərməyə imkan verən xarici siyasət aləti” kimi baxılır.
Rusiya hakimiyyəti dəfələrlə kiberhücumlarda iştirakı ilə bağlı iddiaları təkzib edib.
Alpər
Şərhlər