ABŞ səlahiyyətliləri Pekindən Şimali Koreyaya Rusiyaya Ukraynaya qarşı müharibədə kömək üçün qoşunlarının göndərilməsini dayandırmasına təsir göstərilməsini xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə bir neçə yüksək rütbəli ABŞ rəsmisi "The New York Times” qəzetinə
bildiriblər.
Onlardan biri bildirib ki, Vaşinqton bu həftə Şimali Koreya qoşunları məsələsini gündəmə gətirib. Son söhbət çərşənbə axşamı Dövlət katibinin müavini Kurt Kempbel, Dövlət Departamentinin Asiya üzrə yüksək səviyyəli mütəxəssisi Daniel Kritenbrink və Dövlət katibinin köməkçisi Ceyms O'Brayen səfir Se Fenin yanında Çin diplomatları ilə bir neçə saat vaxt keçirərkən baş tutub.
Həmin gün ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukrayna prezidenti ofsinin rəhbəri Andrey Yermakla Çinin Şimali Koreya ilə bağlı səylərini müzakirə edib. Cümə axşamı günü Blinken Rusiyanın Şimali Koreya qoşunlarını "yaxın günlərdə” döyüşə göndərəcəyini və bu zaman onların Ukrayna üçün qanuni hərbi hədəfə çevriləcəyini gözlədiyini söyləyib.
Prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ agentliklərini narahatlıqlarını Çinə çatdırmağa və mümkün nəticələri vurğulamağa çağırıb, başqa bir ABŞ rəsmisi deyib. Vaşinqton ümid edir ki, Pekin Şimali Koreya lideri Kim Çen Inı Ukraynaya əsgər göndərməsini məhdudlaşdırmağa və ya dayandırmağa inandırmağa çalışacaq.
Nizami Bağırov
Şərhlər