Xəbər lenti

2026-cı ilə kimi qəbul planı 75 min nəfər ola bilər
Ölkə 13:53 24.10.2024

2026-cı ilə kimi qəbul planı 75 min nəfər ola bilər

Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Biz daha çox azərbaycanlının ali təhsil almağını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik. Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başladı", - nazir bildirib.

Nazir bildirib ki, ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır.

O, hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsinin texniki xarakterli olduğunu bildirib: 

"Əslində, bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->