Aparıcı Zümrüd Bədəlova uzun zamandır fəaliyyət göstərdiyi ARB TV-dən ayrılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı o, özü məlumat yayıb. O bildirib ki, yeni sezonda ATV-də ekranda olacaq:
"ARB telekanalı ilə yollarımız ayrıldı. İllərdir səhər efiri ilə qarşınıza çıxdım. ARB və SOY şirkəti ilə birgə təqdim etdiyimiz "Xəbər-ətər” və maqazin layihəmiz "Sözbaz” çox uğurlu, baxımlı oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Dostluğumuz əbədidir. Bu mövsüm ATV-dəyəm. Həftə içi hər gün, çox mövzunu əhatə edən proqramla efirə hazırlaşırıq. Hamı bilir ki TV həyatına ATV-dən başlamışam. Geri dönməyin həyəcanını yaşayıram. İzləyicilər illər sonra məni fərqli saatda görəcəklər. Daimi tamaşaçılar, yeni heyət və mənim üçün xeyirli-uğurlu olsun”.
Şərhlər