Xəbər lenti

Zidanın oğlu 29 yaşında karyerasını bitirdi
İdman 15:23 24.09.2024

Zidanın oğlu 29 yaşında karyerasını bitirdi

Fransız baş məşqçi Zinəddin Zidanın oğlu Enzo 29 yaşında karyerasını bitirib.

Qaynarinfo bu barədə "Diario AS"a istinadən xəbər verir.

Enzo Zidanın son klubu İspaniyanın aşağı liqa təmsilçisi "Fuenlabrada" olub. Futbolçu klubda 29 oyun keçirib. O, 2023-cü ilin yayında komandadan ayrılıb.

Enzo Zidan peşəkar futbolda 203 oyun keçirib, 13 qol vurub və 24 məhsuldar ötürmə edib.

O, "Real Madrid"in əsas komandasında bir oyun keçirib və bir qol vurub. O, həmçinin "Alaves”, "Lozanna” və "Rayo Majadahonda”da da oynayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->