ABŞ Futbol Federasiyası milli komandanı çalışdırmaq üçün Zinəddin Zidana təklif göndərib.
Qaynarinfo ESPN-ə istinadən xəbər verir ki, amerikalılar belə bir təkliflə onun menecerinə müraciət ünvanlayıb. Lakin Zidan təklifi qəbul etməyib.
Qeyd edək ki, ərəb əsilli fransalı futbolçu karyerası ərzində Fransada "Kan", "Bordo", İtaliyada "Yuventus" və İspaniyada "Real"ın formasını geyinib. 1994-2006-cı illərdə Fransa millisində 108 oyun keçirərək 31 qol vuran Zidan DÇ-98 və AVRO-2000-nin qalibi olub.
Zidan məşqçi kimi "Real”ı çalışdırıb. Madrid klubu onun rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə İspaniya çempionu, İspaniya Superkubokunun və UEFA Superkubokunun qalibi, dünya klublarının çempionatının qalibi olub.
Aydın
Şərhlər