Zinəddin Zidan Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaq təklifini rədd edib.
Qaynarinfo-nun məlumatına görə, ərəblər bu postu qəbul etməsi üçün fransalı əfsanəyə böyük pullar xərcləməyi düşünürdü. Bu səbəbdən millinin menecerləri Zidanla görüşüb və ona 2 illik müqavilə üçün 150 milyon avro təklif edib.
"Foot Mercato”nun məlumatına görə, Zidan bu təklifdən imtina edib.
Veteran futbolçunun əsas məqsədinin Fransa millisini çalışdırmaq olduğu bildirilir. Dünya çempionatından sonra Didye Deşamın millidən getməsi ilə bağlı iddialar irəli sürülsə də, Fransa Futbol Federasiyası onunla yola davam etməyi qərara alıb.
Səbuhi Həsənov
Şərhlər