"Zenit” Rusiya Premyer Liqasının 26-cı turunun matçında Moskva "Spartak”ını məğlub edərək (3:2) vaxtından əvvəl Rusiya çempionu olub.
Qaynarinfo xəbər verir ki, SSRİ çempionatlarını da nəzərə alsaq, bu komandanın 10-cu tituludur.
"Zenit” mövsümün sonuna kimi "Krasnodar”, "Orenburq”, "Soçi” və "Fakel” ilə matçlara çıxacaq.
Qeyd edək ki, Sankt-Peterburq təmsilçisinə Sergey Semak başçılıq edir.
Şərhlər