Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniya-Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Liz Trass Rusiya Federasiyasına növbəti təzyiqləri müzakirə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter” səhifəsində məlumat
yayıb.
"Xarici liderlər arasında Böyük Britaniyanın yeni seçilmiş baş naziri Liz Trassla ilk söhbət edən şəxs oldum. Onu Ukraynaya dəvət etdim. Ukraynaya müdafiə və iqtisadi dəstək sahəsində liderliyinə görə Böyük Britaniya xalqına minnətdarlığımı bildirdim. Əsas odur ki, Böyük Britaniya Ukraynanın daha da güclənməsinə hazırdır. Təhlükəsizliyin qarantiyası məsələsinə də diqqət ayırdıq”, - Zelenski deyib.
Dövlət başçısı qeyd edib ki, söhbət zamanı Ukraynanın bərpasında Britaniyanın iştirakından da dnışılıb.
"Biz Rusiya Federasiyasına növbəti təzyiqləri koordinasiya etdik. Məqsəd təcavüzü dayandırmaq və günahkarları məsuliyyətə cəlb etməkdir. Rusiyanın terrorçu dövlət kimi tanınması vacibdir. Biz bütün formatlarda fəal əməkdaşlığı davam etdirəcəyik", - deyə Zelenski vurğulayıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, sentyabrın 6-da Elizabet Trass Böyük Britaniyanın baş naziri olub. O, əvvəllər Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
İyulun 7-də Böyük Britaniyanın baş naziri Boris Conson istefa verdiyini açıqlayıb.
Alpər
Şərhlər