Xəbər lenti

Zaur Ramazanov: “Şahruddinin səhvlərinə öyrəşmişik”
İdman 13:45 27.07.2023

Zaur Ramazanov: “Şahruddinin səhvlərinə öyrəşmişik”

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Polşa klubu "Rakuv”la qarşılaşan "Qarabağ” səfərdən 2:3 hesabı məğlubiyyətlə qayıtdı. Düzdür, təmsilçimizin bu mərhələni də keçəcəyinə inam böyükdür, amma istənilən halda müəyən narhatlıqlar var. Komanda polşalılara niyə uduzdu? Rəqibindən nədə geri qaldı?

Bu suallara veteran futbolçu Zaur Ramazanov cavab verib. O, Qaynarinfo-ya açıqlamasında komandanın hazırkı durumunu qiymətləndirməklə yanaşı, avrokuboklardakı debütündə qələbə qazanan "Sabah”ın oyununa toxunub, həmçinin bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq "Neftçi” və "Qəbələ”nin də şanslarını dəyərləndirib:

"Qarabağ”ın mərkəz xəttində problemlər var. Kadi Borgesin dönəmində mərkəzdə böyük işlər görürdülər. Bir də ki, çox ucuz qollar buraxdıq. İnsafən deməliyəm ki, uşaqlar əziyyət çəkdilər. "Rakuv”a gəlincə, "Qarabağ”la eyni səviyyədə olan rəqibdir. Əslində, keçmək olar, güclü olduğunu deyirdilər, amma gördüyüm qədər "fontan” deyillər”.

Növbəti mərhələyə adlayacağı təqdirdə, "Qarabağ” "Aris” (Yunanıstan) - BATE (Belarus) cütünün qalibi ilə qarşılşacaq. Ancaq Ramazanov "Rakuv”u bu iki komanda ilə müqayisədə daha güclü hesab edir:

"Fikrimcə, "Rakuv” onlardan daha güclüdür. Gördüyünüz kimi, oyunda yeni hücumçuları meydana çıxdı, qol vurdu. Bu oyunçu mənim xoşuma gəldi. Yeni transferləri çoxdur, həm də oyunları pis deyil. "Qarabağ”la eyni səviyyədə olan rəqibdir. Ancaq Ramil Şeydayev, Kadi Borges qalsaydı, onları rahat şəkildə udmaq olardı. Boşluqlar var. Məsələn, əvvəl əks-hücuma rahat çıxırdılar. Polşalılar isə rahatlıq vermirdi. Fikrimcə, Bakıda başqa oyun görəcəyik. Onlar bir top üstünlüklə gəldikləri üçün müdafiədən oynayacaqlar”.

Veteran futbolçu "Qarabağ”ın yeni transferləri və Şahruddinin səhvlərinə də toxundu:

"Kimlərin uyğunlaşıb-uyğunlaşmadığını bir oyuna baxıb demək çətindir. Hələ ki, yeni transferlər "gözə girmir”. Qol vuran Redon Çiça da nəsə etmədi. Daha doğrusu, kimisə keçmədi. Qollardan birini başla, digərini də demək olar, boş qapıya vurdu. Demək istəyirəm, hələ gözlədiyimiz kimi deyillər. Şahruddinin səhvlərinə isə öyrəşmişik. Nə deyəsən? Bir də görürsən ki, komanda hesabda irəlidə olanda Şahruddin elə toplar qaytarır ki… Məsələn, "Sabah”ın qapıçısının gələcəyi qarşıdadır. Pis dayanmadı. Düzdür, qapıçılarda bir az belə xüsusiyyətlər var ki, məsələn, üstünə gələn topu tullanıb çıxarır. Yəni hərəkətlərinə fərqli görünüş verməyə çalışır. Amma komandasına çox kömək etdi”.

Keçmiş hücumçu "Sabah”, "Neftçi” və "Qəbələ”nin də şanslarını dəyərləndirdi:

"Sabah” Azərbaycan çempionatında oynadığı üslubda qalır. Ola bilər, rəqibin üslubu fərqlidir. Onlar basketbol oynayırdılar, ancaq dayanan topları, standart vəziyyətləri gözləyirdilər ki, nəsə etsinlər. "Sabah”ın müdafiəsində böyük problemlər var. Bu oyunla çox gedə bilməzlər. "Neftçi” və "Qəbələ”nin şansları faiz nisbətilə 50-50-dir. Amma "Qəbələ”nin oyunu var. Sadəcə, rəqibləri çətindir. Hər iki komandaya uğurlar arzulayıram”. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->