Xəbər lenti

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
Ekonomiks 13:30 22.04.2024

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. 

İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır. 

Mehriban Qaralova mərhum Zahid Qaralovun qızıdır. Zahid Qaralov hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvlərindən sayılır. O, həmçinin Milli Məclisin birinci və ikinci çağırış depuatı olub. Zahid Qaralov 2015-ci ildə dünyasını dəyişib. 

Mehriban Qaralovanın əmisi oğlu Zakir Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub. 

Xanım Qaralova 2021-ci ildə Vətən müharibəsi şəhidlərinin Anım Gününə qırmızı paltarda qatılması ilə gündəmə gəlmişdi. 

Həmin vaxt Mehriban Qaralova Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib. O, 2022-ci ildə işdən çıxarılıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->