Xəbər lenti

Yığmamız bu gün Avropa çempionatında növbəti matçına çıxır
İdman 15:46 23.03.2023

Yığmamız bu gün Avropa çempionatında növbəti matçına çıxır

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində bu gün növbəti matçını keçirəcək. 

Qaynarinfo xəbər verir ki, ilk oyunda Fransaya 0:5 hesabı ilə uduzan futzalçılarımız Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. Şiroki Briyeq şəhərindəki Pecara İdman zalında baş tutacaq görüş saat 23.00-da start götürəcək.

23.00. Bosniya və Herseqovina – Azərbaycan

Hakimlər: Martin Koster (Danimarka), Nikola Manzione (İtaliya), Peter Nurse (İngiltərə)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->